[b]Ronaldo "Real"ın heyətinə salınmadı[/b]
28.04.2018 - 01:44
[b]Ronaldo "Real"ın heyətinə salınmadı[/b]

"Real"ın hücumçusu Kriştianu Ronaldo La Liqada həftəsonu "Leqanes"ə qarşı oynanılacaq matçda meydana çıxmayacaq. Apasport.az saytının "Marca"ya istinadən məlumatına görə, baş məşqçi Zinədin Zidan portuqaliyalı futbolçuya istirahət verəcək.

 

Fransız mütəxəssis Çempionlar Liqasında "Bavariya" ilə cavab qarşılaşmasını düşündüyündən, Ronaldonun adını iştirak ərizəsinə daxil etməyib.

 

Qeyd edək ki, sabah keçiriləcək "Real" - "Leqanes" matçı Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.