[b]Ronaldo Di Stefanonu qabaqladı[/b]
03.05.2015 - 14:00
İspaniya La Liqasının 35-ci turu çərçivəsində “Sevilya” ilə oyunda “het-trik”ə imza atan Kristiano Ronaldo yeni bir rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə bu, portuqaliyalı ulduzun “Real” karyerasında 29-cu belə uğurudur.
Super ulduz bu göstərici ilə “Real”ın heyətində 28 dəfə “het-trik”ə sevinmiş komandanın əfsanəvi keçmiş hücumçusu Alfredo Di Stefanonu geridə qoyub.
0
0