AVRO-2016-nın seçmə mərhələsində Ermənistan üzərində (1:0) qələbə qazanan Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo matç haqqında fikirlərini bildirib. Apasport.az xəbər verir ki, o, rəqibin bütün gücü ilə müdafiədə oynadığını deyib.
Ermənilərlə məzələnən Ronaldo rəqibin öz cərimə meydançasında 2 avtobus saxladığını bildirərək, onlara lağ edib: “Biz çətin qələbə qazandıq. Belə qələbənin səbəbi rəqibin güclü olması yox, bütün gücü ilə müdafiə olunması idi. Sanki öz cərimə meydançalarında 2 avtobus saxlamışdılar. Belə oynayan komandaya çox qol vurmaq həmişə çətin olub. Düzdü, əlimizə kifayət qədər qol imkanları düşdü. Gah qapıçı, gah da bəxt onlara kömək etdi”.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı