Çempionlar Liqasının qrup mərhələsinin III turun yekun oyun günündə səfərdə “Lverpul”la görüşdə fərqlənən “Real”ın hücumçusu Kriştianu Ronaldo Avropanın ən nüfuzlu klub turnirində qollarının sayını 70-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, matçın 23-cü dəqiqsəsində komandasını hesabda önə çıxaran Portuqaliya millisinin üzvü “Barselona”nın forvardını yubiley qolla keçib.
Yeni rekordun sahibi olmaq üçün isə Ronaldoya daha 2 qol gərəkdir. O, növbəti oyunlarda fərqləndiyi təqdirdə, “Kral klubu”nun sabiq futbolçusu Raul Qonzalesin 71 qolla əlində saxladığı ünvana yiyələnəcək. Kriştianunun əfsanəvi oyunçunu keçməsi, böyük ehtimalla digər matçlarda baş verə bilər.
Qeyd edək ki, “Real” səfərdə “Liverpul”u 0:3 hesabı ilə məğlub edib. Madridlilərin digər 2 qolunu Kərim Benzema vurub.