[b]Ronaldo və Messiyə istirahət[/b]
30.03.2018 - 10:35
[b]Ronaldo və Messiyə istirahət[/b]

“Real”ın superulduzu Kriştianu Ronaldo La Liqanın XXX turunda “Las Palmas”la keçiriləcək matçı buraxacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Zinəddin Zidan ona istirahət vermək qərarına gəlib.

 

Fransalı mütəxəssis komandanın qol “silah”ını Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Yuventus”la keçiriləcək görüşə saxlayacaq.

 

Həmçinin “Barselona”nın lideri Lionel Messi də böyük ehtimalla bu turu buraxacaq. Buna səbəb isə argentinalı futbolçunun zədəli olmasıdı. Yığmanın oyunlarını buraxan Leonu Kataloniya klubunun baş məşqçisi Ernesto Valverde riskə atmaq istəmir. Onun “Sevilya” ilə çempionat matçını buraxması və ÇL-də “Roma” ilə oyuna qədər sağalması gözlənilir.

 

Qeyd edək ki, həm “Las Palmas” – “Real”, həm də “Sevilya” – “Barselona” qarşılaşması sabah keçiriləcək.