[b]Ronaldo yubiley oyununa çıxdı[/b]
01.11.2014 - 22:52
[b]Ronaldo yubiley oyununa çıxdı[/b]

İspaniya La Liqasının X turunda səfərdə "Qranada" ilə qarşılaşma "Real"ın futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 29 yaşılı hücumçu karyerası ərzində 700-cü matçına çıxıb.

 

Əsas heyətdə yer alan Ronaldo qarşılaşmanın 2-ci dəqiqəsində fərqlənib.

 

Beləliklə, portuqaliyalı oyunçu yubiley – 700-cü görüşündə 448-ci qolunu vurub.

 

Qeyd edək ki, "Qranada" – “Real” matçı 0:4 hesabı ilə “Kral klubu”nun xeyrinə başa çatıb.