[b]Ronaldonun müdhiş sirri: Finalda nə baş vermişdi?[/b]
30.11.2017 - 00:30
[b]Ronaldonun müdhiş sirri: Finalda nə baş vermişdi?[/b]

Dünya futbolunda bir çox maraqlı və izahı hələ də geniş ictimaiyyətə bəlli olmayan hadisələr baş verib. Müxtəlif insanların fərqli şəkildə təqdim etdikləri şəhər əfsanələri illərlə dildən-dilə dolaşıb.

 

Belə hekayələrdən biri də dünya futbol tarixinin gəlmiş-keçmiş ən böyük futbolçularından hesab olunan Ronaldo Luis Nazario de Lima haqqındadır. “El Fenomeno” ləqəbi ilə məşhur olan braziliyalının DÇ-1998-dəki çıxışı uzun illər müzakirə mövzusu oldu.

 

Peşəkar karyerasına çox erkən – 16 yaşında başlayan Ronaldo “Kruzeyro”da möhtəşəm çıxış etmişdi. Bu performansı ilə Braziliya yığmasının 1994-cü il dünya çempionatı üçün heyətinə də çağrılan hücumçu ABŞ-da keçirilən mundialın heç bir matçında forma şansı əldə etməsə də, çempionluğu bayram edənlərdən biri idi.

 

Brazilian forward Romario runs towards his teammat

 

Dünya birinciliyindən sonra Avropaya yollanan Ronaldo vətəndaşı Romario kimi ilk olaraq PSV-də qərar tutur. Hollandiyaya gəldiyi mövsümdəcə istedadından maksimum yararlanan “yekədiş” 1994/95 mövsümündə meydana çıxdığı 36 oyunda 35 qola imza atır. Ancaq növbəti mövsüm bütün karyerası boyunca onu qara kölgə kimi izləyənə diz zədəsi yüksək səviyyəli çıxışa mane olur. Bununla belə, mövsümü 19 qolla başa vurmağı bacarır.

 

Hollandiyadakı ikinci mövsümdəki enişə baxmayaraq, öz dövrünün transfer rekordunu qıraraq 13.2 milyon funt-sterlinq qarşılığında “Barselona”ya transfer olur. Bir mövsümlük İspaniya karyerası boyunca 47 qol vuran və bir Kral Kuboku, bir də Kuboklar Kuboku qazanan braziliyalının yolu bu dəfə İtaliyaya düşür.

 

1997-ci ilin yayında 19.5 milyon funt qarşılığında “İnter”ə keçən Ronaldo burada 5 mövsüm qalası olur. Əsasən müdafiə üzərində qurulmuş İtaliya Liqasında da qollarına davam edən futbolçu tezliklə azarkeşlərin sevimlisi olmağı bacardı. Fransada keçirilən 1998-ci il dünya çempionatı öncəsi fanatların hamısı bir ağızdan eyni sözü deyirdilər: Ronaldo – El Fenomeno.

 

Brazilian forward Ronaldo jubilates afte

 

DÇ-1998 tamamilə onun yarışı idi və Braziliyanın finala qalması heç də təsadüf deyildi. Ronaldo yarım finalda Hollandiya qarşısında fərqlənərək çempionatdakı qol sayını 4-ə çatdırmışdı. Möhtəşəm çıxışı ilə Braziliyaya ev sahibi Fransa qarşısında qələbə və üst-üstə ikinci dünya çempionluğunu qazandıracağı gözlənilirdi.

 

Cəmi 21 yaşı var idi və dünya futbol ictimaiyyətinin gözü onun üzərində, məsuliyyət çiyinlərində idi...

 

Sonra, dünya çempionatı tarixinin ən qaranlıq hadisələrindən biri baş verdi...

 

Brazilian forward Ronaldo listens to teammate Bebe

 

Superulduzun adı sirli bir şəkildə finaldan bir saat əvvəl açıqlanan heyətə salınmır. Bununla da azarkeşlərin ağıllarında bir sıra qəribə fikirlər dolaşmağa başlayır.

 

Pıçıltılar getdikcə yüksək səslə danışılmağa başlamışdı artıq. Bəziləri Ronaldonun ayaq biləyinin zədəli olduğunu, başqa bir qrup isə mədəsinin narahat olduğunu iddia edirdi. Hətta dizindəki məlum zədənin onu narahat etdiyini və artıq çəki problemi olduğunu deyənlər də var idi. Dəqiq məlumat isə heç kimə bəlli deyildi. Bəlkə də qəsdən zəhərləmişdilər...

 

Təxminən yarım saat sonra Braziliya millisinin heyəti yenidən açıqlandı və bu dəfə Ronaldo Edmundonun əvəzində “ilk 11”də yer aldı. Ancaq bu, söyləntiləri daha da artırdı.

 

Brazilian soccer striker Ronaldo plays w

 

Hətta məlum finaldan sonra Ronaldonun oyun günü qıcolma keçirdiyi məlum açıqlandı. Baş məşqçi Mario Zaqallo qərarı 4 saat əvvəldən vermişdi. R9-un bu oyunda meydana çıxmayacağı bəlli idi. Ancaq özü oynamaq üçün təkid edincə matça start heyətində çıxmışdı.

 

Meydanda görünən isə o idi ki, Ronaldo heç yaxşı deyildi. Qarşılaşma boyunca kölgə kimi sürünən hücumçu təhlükəli heç nə ilə yadda qalmadı.

 

CUP-FR98-BRA-FRA-BARTHEZ-RONALDO-2

 

Həqiqət budur ki, Ronaldo həmin gün ümumiyyətlə, meydanda olmamalı idi. Ancaq heç kimi belə bir məsuliyyəti boynuna ala bilməzdi. Komandanın həkimi Lidio Toledo mundialdan çox-çox sonralar belə demişdi: “O gün Ronaldonun meydana çıxmasına heç kim mane ola bilməzdi. Düşünün ki, mən onun meydana çıxmağına icazə vermirəm və Braziliya millisi uduzur. Gərək gedib qütblərdə yaşayardım”.

 

Qəbul olunan ən sağlam fərziyyə isə Braziliya millisinin əsas sponsoru olan “Nike”ın nəyin bahasına olursa olsun, Ronaldonu meydanda görmək istəməsidir. Məşhur idman geyim forması Ronaldo və Braziliya millisi üçün 100 milyon funtdan çox sərmayə qoymuşdu. Dünyanın 1 nömrəli futbolçusunun, 1 nömrəli turnirin finalında olmaması mümkünsüz idi.

 

Doğrudur, bu iddianı sübut edəcək bir dəlil olmasa da, “Nike” fərziyyəsi hələ də ən uyğun versiya olaraq qəbul edilir.

 

Ronaldo özü isə 2001-ci ildə mövzu ilə əlaqəli danışarkən “Nike” məndən sadəcə onların ayaqqabıları ilə meydana çıxmağımı istəmişdi” demişdi.

 

A close-up of Ronaldo's boots

 

DÇ-1998-in finalında Ronaldo ilə bağlı başverənlərin əslini çox az adam bilir, ancaq hər zaman dünya futbolunun ən qaranlıq məqamlarından biri kimi qalacaq.

 

Zaur XUDİYEV

0