Portuqaliya millisinin və “Real”ın hücumçusu Kriştianu Ronaldo təkcə yaşıl meydanlarda vurduğu qollarla deyil, şəxsi həyatı ilə də gündəmdən düşmür. Apasport.az saytı xəbər verir ki, 32 yaşlı superulduz möhtəşəm oyunu ilə yanaşı, eşqbazlığı ilə məşhurdu.
Təsadüfi deyil ki, bu yaxınlarda surroqat-anadan əkiz övladları dünyaya gələn CR7 3 uşaq atası olmasına baxmayaraq, hələ də evlənməyib. Cemma Atkinson və İrina Şeyklə bir yerdə olarkən buna yaxın olan Ronaldo indi də Corcina Rodrigeslə eşq macərası yaşayır.
Hələ də evlənmək niyyətində olmayan ulduz futbolçunun növbəti “qurbanı”nın ispaniyalı model olması təəccüb doğurmaz.
Avropa KİV-i Ronaldonun indiyə qədər eşqbazlıq etdiyi sevgililərinin siyahısını dərc edib. Maraqlıdı ki, onların arasında braziliyalı sabiq futbolçu Mario Jardelin bacısı Cordana Jardel və məşhur müğənni Paris Hilton da var.
Cordana Jardel

İzabel Fiqeyra

Diana Çaves

Merçe Romero

Cemma Atkinson

Karina Baççi

Bipaşa Basu

Niki Qazian

Letizia Filippi

Nereyda Qalyardo

Alise Qudvin

Paris Hilton

Fiko Rafaella

İmocen Tomas

İrina Şeyk

Lusia Vilyalon

Corcina Rodriges
