[b]Rövlan erkən əvəzləndi, komandası uduzdu[/b]
02.05.2018 - 20:38
Çexiya Gənclər Liqasının “Məğlublar etabı”nda V turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, gənclər millimizin üzvü Rövlan Muradovun çıxış etdiyi “Slaviya”nın U-21 komandası da növbəti matçını keçirib.
Praqa təmsilçisi səfərdə “Brno” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmaya start heyətində başlayan Rövlan 17-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 5 oyundan sonra aktivində 9 xal olan “Slaviya” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
0
0