[b]Rüfət Dadaşovdan daha 2 qol[/b]
08.04.2018 - 23:22
[b]Rüfət Dadaşovdan daha 2 qol[/b]

Azərbaycan millisinin keçmiş hücumçusu Rüfət Dadaşovun komandası “Dinamo” Şimal Şərq Regional Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Berlin təmsilçisi XXVII turda “Halberstadt”ı qəbul edib.

 

Görüş həm “Dinamo”, həm də Dadaşov üçün uğurlu alınıb. Belə ki, komandanın 4:2 hesablı qələbəsində 27 yaşlı forvard dublla töhfə verib. 22 və 40-cı dəqiqələrdə rəqibi mərkəzə dəvət edən Rüfət çempionatda qollarının sayını 26-ya yüksəldib. “Dinamo” isə 52 xalla ikinci pillədəki mövqeyini bir qədər də möhkəmlədib.

 

Qeyd edək ki, Rüfət Dadaşov gələn mövsümdən karyerasını III Bundesliqa təmsilçisi “Proyssen”də keçirəcək.