[b]Rumıniyada 2-ci, Çexiyada 4-cü dəfə[/b]
02.05.2016 - 09:37
[b]Rumıniyada 2-ci, Çexiyada 4-cü dəfə[/b]

Avropanın daha iki ölkəsində qızıl medalların sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu tituluna yiyələnən “Qarabağ”la yanaşı, “Astra” Rumıniyada, “Viktoriya” isə Çexiyada 1-ci yeri təmin edib.

 

Tarixində 2-ci dəfə ölkəsinin ən yaxşısı olan “Astra” pley-off mərhələsinin IX turunun matçına çıxmadan qızıl medalları təmin edib. Buna “Styaua”nın “Petrolul”la görüşdə (1:1) xal itirməsi səbəb olub. 1 oyunu qalan və hesabında 40 xal olan Rumıniyanın ən titullu klubu “Astra”dan 5 xal geri qalır. Daha iki matç keçirəcək çempion isə 2013/14 mövsümündəki uğurunu təkrarlayıb.

 

“Viktoriya” isə XXVII turda “Banik”i 2:0 hesabı ilə məğlub edib. Sona 3 tur qalmış xal hesabını 71-ə çatdıran Plzen klubu “Sparta”dan 13 xal uzaqlaşıb. Son turda “Teplitse” ilə heç-heçə edən (1:1) praqalılar üçün lider əlçatmaz olub. Bununla da plzenlilər ardıcıl 2-ci, ümumilikdə 4-cü dəfə qızıl medallara yiyələnib.

 

Qeyd edək ki, “Viktoriya” və “Astra” Çempionlar Liqasının 2016/17 mövsümünə vəsiqə qazanıblar.

0