[b]Runi də okeanın o tayına köçür[/b]
10.05.2018 - 21:26
Ueyn Runi yeni mövsümdən etibarən karyerasını MLS-də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, hücumçu okeanın o tayında “DiSi Yunayted” klubu ilə razılığa gəlib.
Tərəflər arasında ilkin anlaşmaya əsasən, müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub. “Everton” bu keçiddən 12 milyon funt-sterlinq gəlir əldə edəcək.
Bu keçid rəsmiləşdikdən sonra Runi klubun ən bahalı oyunçusu olacaq.
Qeyd edək ki, ötən il uzun müddət sonra “Mançester Yunayted”dən doğma klubu “Everton”a qayıdan Runi bu mövsüm 31 Premyer Liqa matçında 10 qola imza atıb.
0
0