19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, milliyə 23 futbolçu dəvət alıb.
Vüqar Məmmədin yetirmələri martın 16-dan 26-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesində Əkpər Vəliyev, Sərcan Ömərov, Elvin Cəfərquliyev (hamısı “Keşlə”), Nicat Mehbaliyev, İbrahim Hüseynov, Səbuhi Abdullazadə, Rüfət Abdullazadə, Turan Vəlizadə, Tural Bayramov, Xəqani Sadıqov (hamısı “Qarabağ”), Əmrah Zülfüqarlı, Rüstəm Nuriyev, Kamran Quliyev, Əli Mürsəlov, Samir Qurbanov (hamısı “Qəbələ”), Zahid Mərdanov, Elçin Mustafayev, Kamran Məmmədov, Şakir Seyidov, Emil Qasımov (hamısı “Səbail”), Elnur Ibragimov (“Spartak-2” Rusiya), Vəli Məmmədov (“Torpedo” Moskva, Rusiya), Ruslan Fişenko (MOİK, Moskva, Rusiya).
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq