[b]Ruslan Abışov “Xəzər Lənkəran”la razılığa gəldi[/b]
24.06.2015 - 16:20
[b]Ruslan Abışov “Xəzər Lənkəran”la razılığa gəldi[/b]

“Qəbələ” ilə yolları ayrılan Ruslan Abışovun yeni komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, adı müxtəlif klublarla birgə hallanan yığmamızın üzvü vaxtilə oynadığı “Xəzər Lənkəran”a qayıtmağa qərar verib.

 

Bu gün görüşən tərəflər arasında ilkin razılıq əldə olunub. Təkcə müqavilənin müddətini razılaşdırmaq qalıb ki, ona da sabahkı görüşdə aydınlıq gələcək.

 

“Neftçi”nin yetirməsi olan Ruslan üçün “Xəzər Lənkəran” yad klub deyil. 28 yaşlı müdafiəçi 2012-2013 mövsümünün birinci hissəsini “ağ-yaşıllar”ın heyətində keçirmişdi. Daha sonra “Rubin”dən təklif alan Abışov Rusiyaya yollanmışdı.