Millimizin üzvü Ruslan Qurbanovun çıxış etdiyi “Hayduk” klubu Xorvatiya Kubokunda mübarizəni dayandırıb. Apasport.az saytının məlumatına görə, ¼ finalın ilk görüşləri çərçivəsində “Split”lə 1:1 hesablı heç-heçə edən “Hayduk” cavab qarşılaşmasında meydanı məğlub tərk edib.
Oyun ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticə ilə “Split” adını yarımfinala yazdırdığı halda, Split şəhərinin digər təmsilçisi “Hayduk” kubokla vidalaşıb.
İlk "11-lik"də yer almayan Ruslan Qurbanov ikinci hissənin startında oyuna qoşulub. O, meydana daxil olanda komandası hesabda geridə olub.