Millimizin üzvü Ruslan Qurbanovun formasını geyindiyi Xorvatiyanın “Hayduk” klubu yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, splitlilər aşağı liqa təmsilçisi “Varteks”lə qarşılaşıblar.
1000-ə yaxın azarkeşin izlədiyi görüş “Hayduk”un böyükhesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, Qurbanovun komandası rəqib qapısından 4 cavabsız top keçirib.
İlk “11-lik”də yer almayan Ruslan ikinci hissədə meydana daxil olub. Buna baxmayaraq, o, fərqlənməyə imkan tapıb.
Qurbanov 78-ci dəqiqədə komandasının 3-cü qolunu vurub. “Hayduk”un digər qollarına isə Benjamin Dəmir, Fran Tüdor və Kristian Pulyiç imza atıblar.