Azərbaycan yığmasının üzvü Ruslan Qurbanov sıradan çıxıb. Apasport.az saytının Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, həmyerlimiz “Hayduk”un heyətində məşq zamanı zədə alıb.
Bununla da, Qurbanov Zoran Niziç və Andriya Baliçdən ibarət “zədəlilər karvanı”na qoşulub. Həmyerlimiz məhz bu səbəbdən dünən “Lokomotiv”lə (Zaqreb) keçirilən çempionat matçında (2:1) iştirak etməyib. Onun adı “18-liy”ə də daxil edilməyib.
İlkin tibbi müayinədən sonra Ruslanın əzələsinin dartıldığı üzə çıxıb. Ancaq 24 yaşlı yarımmüdafiəçinin konkret nə vaxt sıraya dönəcəyi hələ bəlli deyil. Həkimlər Ruslanın uzun müddətə sıradan çıxdığını ehtimal edirlər. Təkrar tibbi müayinədən sonra bu ehtimal təsdiqlənsə, Qurbanov mövsümü vaxtından əvvəl bitirmiş olacaq.
Qeyd edək ki, transfer hüququ “Neftçi”yə məxsus olan Ruslan Qurbanov “Hayduk”da icarə əsasında çıxış edir.
- İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub
- Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”
- Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”
- Duşan Tadiç: "Kişi kimi məsuliyyəti boynumuza götürməliyik"
- “Ankaragücü” baş məşqçisi ilə yollarını ayırıb