[b]Sabah Lənkəranda, şənbə Gəncədə[/b]
10.03.2016 - 17:12
[b]Sabah Lənkəranda, şənbə Gəncədə[/b]

Topaz Premyer Liqasının XXV turunda “Kəpəz”lə qarşılaşacaq “Xəzər Lənkəran” klubu matçın hazırlığına sabahdan start verəcək. Apasport.az saytının məlumatına görə, ölkə kubokunda mübarizə dayandıran “ağ-yaşıllar” bu gün istirahət ediblər.

 

Baş məşqçi Elbrus Məmmədov sabah yetirmələrinə cəmi 1 məşq keçəcək. 44 yaşlı çalışdırıcı bunu belə izah edib: “10 gündə 3 oyun keçirmək çətindi. Buna görə də, futbolçuları çox yormaq istəmirəm. Sabah yalnız axşam məşqi ilə kifayətlənəcəyik”.

 

Lənkərandakı hazırlıq prosesi yekunlaşandan sonra, şənbə günü komanda Gəncəyə yola düşəcək. Məmmədovun yetirmələri matçın hazırlığına məhz Gəncədəki məşqlə son qoyacaqlar.

 

Heyətdə zədəli futbolçunun olmaması məşqçilər korpusunu sevindirən məqamdı. Yüngül zədəsi olan İlyas Səfərzadə və Zaman Mirzəzadə da tam sıraya dönüblər və “Kəpəz”ə qarşı oynaya biləcəklər.

 

Qeyd edək ki, martın 13-də keçiriləcək “Kəpəz” – “Xəzər Lənkəran” qarşılaşması 15:00-da start götürəcək.