[b]Sabiq “Qəbələ”li özünə yeni komanda tapdı[/b]
17.06.2017 - 11:35
“Qəbələ”nin sabiq futbolçusu Mixail Sivakov özünə yeni komanda tapıb. Apasport.az saytı xəbər verir ki, belaruslu müdafiəçi “Amkar”la anlaşıb.
Məlumatı Rusiya klubu rəsmi saytı vasitəsilə yayıb. 29 yaşlı futbolçu permlilərlə 2 illik müqaviləyə qol çəkib.
Qeyd edək ki, 2015-ci ildə “Qəbələ”nin formasını geyinmiş Mixail Sivakovun son klubu “Orenburq” olub.
0
0