"Mənə dedilər ki, klubun azarkeşlərindən "Neftçi"yə qayıtmağımı istəyənlər var. Təsəvvür edirəm ki, indi orda qalsaydım, haqqımda nələr danışardılar. Amma mən futboldan getmişəm, "Neftçi İdman Klubu” İctimai Birliyinə rəhbərlik edirəm”. Apasport.az saytı xəbər verir ki, bu sözləri "Neftçi"nin sabiq prezidenti Sadıq Sadıqov deyib.
Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Bakı-2015 I Avropa Oyunlarında medal qazanan “Neftçi İdman Klubu”nun idmançılarını qəbul edib. Görüşdə həmçinin “Neftçi İdman Klubu”nun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqov da iştirak edib.
Futboldan uzaqlaşdığını bildirən Sadıqov nə vaxtsa yenidən futbola qayıtmağı arzuladığını vurğulayıb: “Neftçi" PFK-nın indiki rəhbərliyi haqqında danışmaq istəmirəm. Amma bir şeyi deyə bilərəm ki, nə vaxta yenidən qayıdacam. Həmin qayıdış fərqli olacaq".