[b]Sadıqov “Qarabağ”la 40-a çatdı[/b]
06.08.2015 - 14:18
Çempionlar Liqasının III təsnifat mərhələsinin Şotlandiya “Seltik”i ilə cavab oyunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi Ağdam klubunun heyətində yubiley – 40-cı avrokubok matçını keçirib.
“Qarabağ”a qədər “Neftçi”də 18, Türkiyə “Kayserispor”unda 5 qitə miqyaslı klub turnirlərinin oyununa çıxan Sadıqov kapitanı olduğu “Qarabağ”la 40-a iki müxtəlif turnirdə çatıb. Çempionlar Liqasında 6-cı dəfə ağdamlıların formasını geyən arxa xətt oyunçusu Avropa Liqasında 34 görüş keçirib. O, bu turnirdə 3 qol da vurub.
0
0