[b]Şahin Diniyev: Belə qollar buraxmamalı idik[/b]
28.10.2015 - 20:19
[b]Şahin Diniyev: Belə qollar buraxmamalı idik[/b]

“İlk növbədə jurnalistlərə və azarkeşlərə təşəkkür edirəm. Oyuna gəldikdə isə dramatik bir görüş alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Topaz Premyer Liqasının X turu çərçivəsində “Zirə” ilə qarşılaşan gəncəlilərin çalışdırıcısı məhsuldar heç-heçəni (2:2) belə dəyərləndirib: “Biz ikinci hissədə oyunda nəticə baxımından dəyişiklik etmək istədik. Buna görə də əvəzetmə etdik. Sadəcə, ilk hissədə müdafiəçilərin kobud səhvindən qollar buraxmışdıq. Belə qollar buraxmamalı idik. Düşünürəm ki, bu oyun “Kəpəz”in oyunu olmalı idi. Məncə, bu gün 1 xal qazanmadıq, 2 xal itirdik. Biz oyunun taleyini həll edə bilmədik, lakin buna məcbur idik. Sevindirici haldır ki, “Kəpəz” 4 oyundur məğlub olmur. Ən əsası futbol sərgiləyirik, düzgün yoldayıq”.