"Matç maraqlı alındı. Liderlərin oyununa bənzər görüş izlədiyimizi deyə bilərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
Ölkə çempionatının XXX turu çərçivəsində “İnter”i qəbul edən Gəncə klubu 1:1 hesablı heç-heçəyə razılaşıb.
Matçdan sonra “CBC-Sport” telekanalına fikirlərini bölüşən Diniyev müdafiə xəttindən narazılıq edib: “Komandada bir qədər gərginlik var idi. Psixoloji gərginliyi oyunun əvvəlində aradan qaldırmağa çalışdıq. Futbolçularımız, xüsusilə, son 25 dəqiqədə yaxşı oyun sərgilədilər. Biz qələbəyə daha yaxın yaxın idik. Amma hər oyunda müdafiədə uşaq səhvləri edirik. Bu cür matçlarda oyunun taleyini 1 qol həll edir. Məncə, komandamız psixoloji və fiziki yorğunluğu artıq üzərindən atıb”.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu