[b]Şahin Diniyev baş hakim oldu, “Kəpəz” həvəskarlara uduzdu[/b] - FOTO
16.01.2016 - 14:42
[b]Şahin Diniyev baş hakim oldu, “Kəpəz” həvəskarlara uduzdu[/b] - FOTO

Bir qrup Gəncə azarkeşi Yevlaxda toplanışı sürdürən “Kəpəz”in qonağı olub. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komandanı məşqdə dəstəkləmək, futbolçulara motivasiya vermək üçün “Kəpəzultras” və “Xəmsə” fanklublarının üzvləri bazaya baş çəkiblər.

 

Fanatlar “sarı-göylər”in hazırlığında şüarlar söyləyib, bəstələr oxuyublar. Məşqdən sonra azarkeşlərlə futbolçular arasında yoldaşlıq görüşü keçirilib. Komandanın baş məşqçisi Şahin Diniyevin idarə etdiyi oyun fanatların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Futbolsevərlər qələbə topunu 11 metrlik zərbə zamanı üçüncü cəhddən sonra vurublar.

 

Dostluq əhval-ruhiyyəsində keçirilən matçdan sonra azarkeşlər “Kəpəz”ə uğurlar arzulayıb, çempionatın ikinci hissəsində də komandaya böyük dəstək verəcəklərini bildiriblər.