[b]Salah “Mançester Siti” ilə görüşə çıxacaq?­[/b]
10.04.2018 - 15:32
[b]Salah  “Mançester Siti” ilə görüşə çıxacaq?­[/b]

“Liverpul”un futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində “Mançester Siti” ilə oyuna hazırlaşır. Apasport.az-ın İngiltərə mətbuatına istinadən məlumatına görə, hücumçu dünəndən məşqlərə qoşulub. İlk görüşdə “Liverpul”un 3:0 hesablı qələbəsində əsas pay sahibi olan misirli hücumçu ikinci hissədə zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalmışdı. Bu gün isə onun cavab görüşündə iştirak edəcəyi bildirilir.

 

Qeyd edək ki, görüş bu gün Bakı vaxtı ilə 22:45-də başlayacaq.