[b]Salah daha bir nominasiyada ən yaxşı seçildi[/b]
11.05.2018 - 00:23
Muhammed Salah “Liverpul”da ilin ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, bu barədə mersisaydlıların rəsmi tvitter səhifəsi açıqlama yayıb.
Cari mövsüm “Liverpul” forması ilə 35 oyunda meydana çıxan misirli futbolçu 31 qol vurub və 9 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.
Çempionlar Liqasında da məhsuldar olan Salah 11 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.
Qeyd edək ki, Muhammed “Liverpul”a 2017-ci ildə “Roma”dan 42 milyon avro qarşılığında transfer edilib.
0
0