[b]Məhəmməd Salah Türkiyə klubunun qapısından dönübmüş[/b]
11.04.2018 - 23:13
[b]Məhəmməd Salah Türkiyə klubunun qapısından dönübmüş[/b]

“Liverpul”un ulduz futbolçusu Məhəmməd Salah Türkiyəyə köçə bilərmiş. Apasport.az saytının qonşu ölkə mətbuatına istinadən məlumatına görə, 2013-14 mövsümü öncəsi “Qalatasaray”ın onun xidmətində maraqlı olduğu üzə çıxıb.

 

Belə ki, həmin vaxtkı prezident Ünal Aysalın nümayəndələri 2013-cü ilin yayında iki futbolçu ilə ilkin razılıq əldə edib ki, bunlar “Sportinq”li Bruma və “Bazel”li Məhəmməd Salah olub. Prezident Monakoda olarkən baş məşqçi Fatih Terimlə əlaqə saxlayıb və ondan seçim etməyi istəyib. Terim isə həm yaşının azlığına görə, həm də öncədən “qaraladığı” üçün üstünlüyü Brumaya verib. Nəticədə “sarı-qırmızılılar” 19 yaşlı portuqaliyalını 10 milyon avro qarşılığında heyətinə qatıb.

 

21 yaşlı Salah isə bir il sonra 16,5 milyon avro müqabilində “Çelsi”yə yollanıb.