Məhəmməd Salah və Misir Futbol Federasiyası arasındakı konflikt həllini tapıb. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, Salahın yığmanın təyyarəsi üzərindəki şəkli yığışdırılıb.
Misirin idman və gənclər naziri Xalid Əbdül-Əzizin Misir Futbol Federasiyasının rəsmiləri ilə görüşündən sonra problem həllini tapıb.
“Salahı dəstəkləyəcəyimizi və onun sponsorluq anlaşmalarına hörmətlə yanaşacağımızı hamının nəzərinə çatdırmaq istərdik” – deyə, Xalid Əbdül-Əziz bildirib.
Xatırladaq ki, yığmanın, WE mobil operatoru tərəfindən təqdim olunan təyyarəsinin üzərində Məhəmməd Salahın şəkli əks olunmuşdu. 25 yaşlı oyunçunun “Vodafone” operatoru ilə müqaviləsi olduğundan, o, imic haqlarından icazəsiz istifadə olunmasına etiraz etmişdi.