[b]Samir Abasov qovuldu[/b]
12.04.2018 - 17:41
[b]Samir Abasov qovuldu[/b]

Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən "Keşlə" - "Sumqayıt" matçında maraqlı hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qonaqların baş məşqçisi Samir Abasov texniki zonadan qovulub.

 

Buna səbəb onun 80-ci dəqiqədə hakimə sərt şəkildə etirazı olub. Belə ki, meydanın mərkəzindəki kobudluqdan sonra baş hakimdən sarı vərəqə tələb edən Abasov FİFA referisi Rəhim Həsənov tərəfindən tribunaya göndərilib. Bir müddət meydanı tərk etməyən Abasov etirazlarını daha çılğın şəkildə edib.

 

Qeyd edək ki, hazırda son dəqiqələri gedən qarşılaşmada hesab açılmayıb.