[b]San-Marino – Azərbaycan: Yenə 1:1?[/b]
02.09.2016 - 13:54
[b]San-Marino – Azərbaycan: Yenə 1:1?[/b]

Azərbaycan millisi tarixində 3-cü dəfə sentyabrın 4-də meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər qarşılaşmasınadək yığmamız iki dəfə bu tarixdə meydana çıxıb.

 

Əvvəlki matçların hər iki seçmə mərhələ matçı olub. Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşlərin nəticəsi də eyni olub.

 

Komandamız 1999-cu ildə AÇ-2000-nin görüşündə Portuqaliyanı büdrədib - 1:1. 5 il sonra DÇ-2006-nın ilk seçmə oyununda Uelsdən 1 xal almaq mümkün olub.