[b]San-Marino – Azərbaycan oyununda makedoniyalı hakim-inspektor[/b]
02.09.2016 - 09:00
[b]San-Marino – Azərbaycan oyununda makedoniyalı hakim-inspektor[/b]

DÇ-2018-in seçmə mərhələsinin  ilk oyun günündə keçiriləcək San-Marino – Azərbaycan matçına hakim-inspektor və UEFA nümayəndəsi açıqlanıb. Apasport.az saytının məlumatına görə, qarşılaşmaya ilk təyinatlar bəlli olub.

 

Sentyabrın 4-də San-Marinoda vaş tutacaq matçın hakimlərinin işinə makedoniyalı Emil Bojinovski qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə isveçrəli Luka Zorzi olacaq.