AVRO-2016-nın seçmə mərhələsinin IV turunda növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, 4 oyundan sonra artıq 2 komanda da ilk xalını qazanmağı bacarıb.
Belə ki, ötən gün xalsız olan San-Marino evində Estoniya ilə qolsuz bərabərə qalıb. IV turun start matçında isə Farer adaları səfərdə Yunanıstanı 0:1 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra tsikldə xal qazanmayan komandaların sayı 4-ə enib. Bunlar Cəbəllütariq, Andorra, Malta ilə yanaşı Azərbaycan millisidi.
Qeyd edək ki, San-Marino 13 ildən sonra rəsmi oyunlarda ilk xalına sevinib. 2003-cü ildə Vadusda Lixtenşteynlə yoldaşlıq matçı 2:2 hesabı ilə başa çatmışdı.
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı