“Hər şeydən əvvəl komanda yoldaşlarıma təşəkkür edirəm. Onlar azlıqda qalmağımıza baxmayaraq, xarakter nümayiş etdirdilər və qələbə qazandıq”. Bu sözləri apasport.az saytına “Neftçi” klubunun qapıçısı Saşa Stamenkoviç deyib.
Bu gün Topaz Premyer Liqasının V turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşan “Neftçi” Flavinyonun 28-ci dəqiqədə vurduğu qol sayəsində qələbə qazanıb. Amma bu qələbə paytaxt təmsilçisinə asan başa gəlməyib.
Belə ki, oyunun 41-ci dəqiqədə Rauf Əliyevə qarşı cərimə meydançasında təhlükəli oynayan və rəqibini yıxan serbiyalı qolkiper qımızı vərəqə ilə cəzalandırılıb. Epizodla bağlı danışarkən o, rəqibinə toxunmadığını bildirib: “Fikrimcə, qırmızı vərəqə düzgün göstərilmədi. Çünki mən rəqib futbolçunu yıxmamışdım. Əksinə, o, üzərimə gəldi. Üstəlik, həmin epziod zamanı rəqib hücumçunun yanında komanda yoldaşım Kardosa da var idi. Bu isə sonuncu ümid foulu hesab edilmir”.