[b]Sebastyan Kastro-Telyo “Rəvan” rəhbərliyinə "ilişdi"[/b]
15.10.2014 - 12:01
[b]Sebastyan Kastro-Telyo “Rəvan” rəhbərliyinə "ilişdi"[/b]

“Düzdü, “Rəvan”dan problemlə ayrıldım. Bu komandada haqsızlıqla üzləşən tək mən deyildim. Ümumiyyətlə, komanda birinci diviziona düşdükdən sonra əksər futbolçular problemlə üzləşdi”. Bu sözləri apasport.az saytına açıqlamasında ötən mövsüm “Rəvan”da oynamış isveçli hücumçu Sebastyan Kastro-Telyo deyib.

 

Mövsüm bitdikdən sonra paytaxt təmsilçisindən qalmaqalla ayrılan forvard bir də geri dönmədi. O, buna görə klub rəhbərliyini qeyri-peşəkarlıqda ittiham edib: “Artıq “Rəvan”la olan problemləri unutmuşam. Düzdü, mənə qarşı qeyri-peşəkar davrandılar. Amma unutmasınlar ki, mən peşəkar futbolçuyam. Sonradan eşitdim ki, komandadakı bəzi futbolçuların adı oyun alverində çəkilib. Bu, doğru deyil”.

 

İsveçli futbolçu ötən mövsüm “Rəvan”ı Azərbaycan kubokunun yarımfinalına qədər daşıyan türkiyəli mütəxəssis Güvənc Kurtarın “sən demə futbolçular oyunları satırmışlar” sözlərinə belə münasibət bildirib: “Bir adam ki, futbolçularını oyun alıb-satmaqda günahlandırır, ona deyəsən? Peşəkar insan heç vaxt belə danışmaz. Kimin oyun alıb-satdığını bilmək olmaz. Geniş danışmaq istəmirəm. Onsuz da “Rəvan”dakı biabırçılığı hamı görürdü”.

 

Qeyd edək ki, Sebastyan Kastro-Telyo hazırda İsveçin “Deqerfors” klubunda forma geyinir.