“Çox həyəcanlıyam. Ölkənin əsas yığmasında olmaq şərəfdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın qapıçısı İbrahim Şehiç deyib.
O, Bosniya və Herseqovina mətbuatına açıqlamasında bu ölkənin millisinə qayıdışı ilə bağlı fikirlərini açıqlayıb: “Komandaya qayıdışımı səbirsizliklə gözləyirəm. Burada köhnə dostlarımla görüşəcəm. Yeni baş məşqçimiz Mehmet Bajdareviç və qapıçıların çalışdırıcısı Enver Luquşiçlə birlikdə işləyəcəyimdən məmnunam. Bu, mənim futbolçu kimi inkişafımda da rol oynayacaq”.
Şehiç 2014-cü ildə keçirilən dünya çempionatının final mərhələsinə aparılan heyətdən kənar qalmasına hələ də üzüldüyünü gizlətməyib: “Braziliyadakı dünya çempionatına aparılmadığım üçün çox üzülürəm. Görünür, Safet Suşiç belə olmasını daha düzgün hesab edirdi. Lakin hər şeydə onu günahlandırmıram. İndi yalnız gələcək haqda düşünməli, vəziyyətimizi düzəltməliyik. Bu da daha yaxşı nəticə qazandıracaq”.