[b]Şəhriyar Məmmədyarov əsas rəqibinə uduzdu, liderliyi əldən verdi[/b]
28.12.2015 - 20:25
Dohada şahmatçılar arasında keçirilən “Qatar Masters Open” turniri davam edir. Apasport.az saytının məlumatına görə, turnirdə Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov 8-ci turda norveçli Maqnus Karlsenlə görüşüb.
Bu tura qədər liderlər qrupuna başçılıq edən təmsilçimiz prinsipial oyunu məğlub başa vurub. Ağ fiqurlarla oynayan qrossmeysterimiz 25-ci gedişdə təslim olaraq, mübarizəni dayandırıb.
Bu nəticədən sonra Şəhriyar 5.5 xalda qalıb. Karlsen isə 6.5 xalla vahid liderliyə yüksəlib.
- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
0
0