Seneqallı yarımmüdafiəçi Xali Tiam karyerasını Azərbaycanda davam etdirə bilər. Apasport.az saytının Rusiya mətbuatına istinadən məlumatına görə, 24 yaşlı futbolçu Moskva "Dinamo"su ilə vidalaşıb.
Moskvalılar yayda Macarıstan təmsilçisi MTK-dan icarəyə götürdükləri futbolçu ilə anlaşmanı qarşılıqlı razılıqla ləğv ediblər. Lakin o, müqavilə ilə məxsus olduğu MTK-da da qalmayacaq. Çünki macarlar orta sahə oyunçusunun xidmətində maraqlı deyillər.
Artıq yeni komanda axtarışına çıxan Tiamla maraqlanan klublar arasında "Neftçi"nin də olduğu bildirilib. Lakin "Dinamo"nun heyətində cəmi 6 matçda iştirak edən Tiamın Azərbaycana gəlməsi üçün MTK ilə yollarını ayırması şərtdi. Çünki Azərbaycanda "transfer pəncərəsi" bağlandığından, klublarımız artıq yalnız azad agent statusu daşıyan futbolçularla güclənə bilərlər.
Qeyd edək ki, 2014-cü ildə MTK-ya keçən Xali Tiam həmin vaxtdan bəri müvafiq olaraq "Çikaqo", "Qaziantepspor" və "Dinamo"da (Moskva) icarə əsasında çıxış edib.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi