[b]Serbiya FIFA və UEFA-ya etiraz edəcək[/b]
08.05.2015 - 18:23
[b]Serbiya FIFA və UEFA-ya etiraz edəcək[/b]

Kosovanın 2016-cı ildə FIFA və UEFA-ya üzv kimi qəbul edilmək ehtimalı Serbiyanı narahat edir. Apasport.az saytının məlumatına görə, bu barədə rusiyalı jurnalistlərə bu ölkənin Rusiyadakı səfiri Slavenko Terziç məlumat verib.

 

FIFA və UEFA-nın əsasnamələrinə görə ancaq müstəqil dövlətlərin bu təşkilatların üzvü ola biləcəyini qeyd edən səfir, Kosovanı müstəqil dövlət kimi qəbul etmədiklərini bildirib:

 

“Biz Kosovanın müstəqilliyini tanımırıq. Bütün beynəlxalq təşkilatlar bu fakta hörmət etməlidirlər. Bu, artıq beynəlxalq hüququn pozulmasıdır. Təəsüf ki, indi siyasət idmana da öz təsirini göstərir. İdman gərək öz ruhunu və saflığını qorusun”.