[b]Sərgən Yalçın gözəllik müsabiqəsinin qalibi ilə yaxalandı[/b]
12.05.2015 - 13:33
[b]Sərgən Yalçın gözəllik müsabiqəsinin qalibi ilə yaxalandı[/b]

Türkiyənin “Sivasspor” klubunun baş məşqçisi Sərgən Yalçın “ofsayda düşüb”. Apasport.az saytının məlumatına görə, tez-tez gözəl xanımlarla yaxalanan keçmiş futbolçu yenə paparatsilərin obyektivindən qaça bilməyib.

 

Belə ki, Yalçın restoranların birində tanınmış aktrisa Ayşənur Özkanla nahar edib. 2013-cü ildə keçirilmiş “Best Model” gözəllik müsabiqəsinin qalibi olan Özkanla Sərgənin səmimi ünsiyyəti diqqətdən yayınmayıb.

 

Məkandan çıxdıqda media nümayəndələrini görən aktrisa Sərgənin yanından ayrılaraq, dərhal restorana qayıdıb.

 

Sərgən isə ağlagəlməz variantla özünə bəraət qazandırmağa çalışıb. “Analar günündə anamla görüşdüm” deyən məşqçi Ayşənur Özkanla görüşdüyünü inkar edib.