[b]Ramil Şeydayev “Mattersburq”a transferi təkzib etdi[/b]
29.05.2018 - 23:58
[b]Ramil Şeydayev “Mattersburq”a transferi təkzib etdi[/b]

“Bu gün pis oynamaqdıq. Bəzi səhvlər olsa da, ümumilikdə yaxşı oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev deyib.

 

Gənc forvard Qırğızıstan üzərində qazanılan böyükhesablı (3:0) qələbəni dəyərləndirib. Şeydayev nəticənin onun üçün gözlənilməz olmadığını bildirib: “Meydana qələbə üçün çıxırıq. İstənilən nəticəyə hazır olmalıyıq. Bacardığımız qədər çox qol vurmağa çalışırıq. Yeni baş məşqçinin rəhbərliyi altında ilk qələbəmizi qazanmaq istəyirdik. Bu üzdən nəticə mənim üçün gözlənilməz olmadı”.

 

“Qarabağ”dan ayrılan futbolçu Avstriya klubu “Mattersburq”la anlaşdığı ilə bağlı yayılan xəbərləri təkzib edib: “Avstriyaya gedə də, getməyə də bilərəm. Amma qərarımı hələ verməmişəm. Hazırda millinin düşərgəsindəyəm. Ümumiyyətlə, gələcək karyeramla bağlı bir qərar verməmişəm. Toplanışı psixoloji yüklənmə olmadan keçirmək, yığmada oynayaraq qol vurmaq və qələbə qazanmaq istəyirəm".