“Atletiko”nun baş məşqçisi Dieqo Simeone UEFA Avropa Liqasının yarımfinalına yüksələn komandasının zəfərini şərh edib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis yenidən Avropanın ən güclüləri sırasında olmaları səbəbindən qürurlu olduğunu bildirib:
“Bilirdim ki, çətin olacaq. Avropa Liqasında klublar öz meydanlarında daha da rəqabətə dözümlü və güclü olurlar. Ümumilikdə, indi artıq istənilən kubok oyunu ağır keçir. İlk hissədə “Sportinq” əla oynadı, biz isə əksinə, nə etdiyimizi bilmirdik. Şadam ki, belə bir güclü rəqibi mübarizədən kənarlaşdıra bildik” – deyə, Simoene bildirib.
Argentinalı mütəxəssis əlavə edib ki, realist olmaq lazımdı və bu səbəbdən komandası Avropa Liqasında ruh yüksəkliyi ilə oynayır: “Yenidən Avropanın ən yaxşıları arasında olduğumuz üçün olduqca qürurluyam. Keçən mövsüm Çempionlar Liqasında yarımfinala vəsiqə qazanmışdıq, bu il isə Avropa Liqasında ən yaxşı dörd komandadan biriyik”.
Xatırladaq ki, “Atletiko” iki oyunun nəticəsinə görə “Sportinq”i mübarizədən kənarlaşdırıb - 2:0, 0:1.