[b]Şimşək vuran futbolçu komadan ayılmadı[/b]
05.05.2018 - 13:57
CAR-ın “Maritsburq Yunayted” klubunun futbolçusu Luanda Nsanqase vəfat edib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı afrikalının ölümünə şimşək vurması səbəb olub.
Yoxlama oyunu zamanı baş verən bədbəxt hadisədən sonra xəstəxanaya çatdırılan futbolçu süni koma vəziyyətində saxlanılırdı. Lakin iki ay komada qalan Luanda özünə gəlmədən dünyasını dəyişib.
0
0