Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlər siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıya keçirdikləri yeganə qarşılaşmada 2 qol vuran oyunçular başçılıq edir.
Baş tutan 50 matçda 21 futbolçu dubl müəllifi olub. Bombardirlər sırasında Azərbaycan təmsilçisi də yer alıb.
Bakı “İnter”inin rumıniyalı müdafiəçisi Adrian Skarlatake 2 dəfə fərqlənən oyunçulardan biridi. O, Serbiyada “Mladost”la görüşdə dubla imza atıb.
Qeyd edək ki, Skarlatakenin şərikləri sırasında məşhurlardan Andrey Arşavin də yer alıb. “Kayrat”ın rusiyalı legioneri də ilk matçda dubla sevinib.