Avropada qış transfer dönəmi yaransa da, əksər klublar əsas planlarını mövsümün sonu üçün cızırlar. Apasport.az saytının məlumatına görə, futbolçuların qiymətlərinin süni şəkildə artdığı bir vaxtda havayı keçidlər klublar üçün göydəndüşmə olur.
Bosman qanunlarına görə, oyunçular müqavilə müddətlərinin sonuna 6 ay vaxt qalmışdan etibarən istədikləri komanda ilə anlaşa bilərlər. Bu isə o deməkdi ki, yanvarın 1-dən başqa klublarla danışıq aparmaq və ilkin müqavilə bağlamaq bir çox tanınmış sima üçün sərbəst olacaq.
Bu qanun ən çox “Mançester Yunayted”in başını ağrıda bilər. Çünki “qırmızı şeytanlar”ın düz 6 üzvünün anlaşması iyula qədərdi. Halbubi onların hər biri istənilən komandanı gücləndirəcək səviyyədədi. Eyni zamanda “Arsenal”ın da 4 oyunçusu 5 gündən sonra yeni macəra axtarışına çıxa biləcək. “Bavariya”da isə belə futbolçu sayı 3-dü.
Adıçəkilən 3 klubda mövsümün sonunda azad agent statusu daşıyacaq 13 futbolçunu bir araya gətirsən, asanlıqla çempionluq uğrunda mübarizə apararsan. Onları heyətlərində görməyi hədəfləyən komandalar isə danışığa başlamaq üçün son 5 günü səbirsizliklə gözləyirlər.
Müqavilə müddəti mövsümün sonuna qədər olan tanınmış futbolçular:
Ander Errera (“Mançester Yunayted”)
Xuan Mata (“Mançester Yunayted”)
Deyli Blind (“Mançester Yunayted”)
Lük Şou (“Mançester Yunayted”)
Maruan Fellaini (“Mançester Yunayted”)
Zlatan İbrahimoviç (“Mançester Yunayted”)
Aleksis Sançes (“Arsenal”)
Məsut Özil (“Arsenal”)
Cek Uilşir (“Arsenal)
Santi Kazorla (“Arsenal”)
Aryen Robben (“Bavariya”)
Frank Riberi (“Bavariya”)
Rafinya (“Bavariya”)
Xose Ximenes (“Atletiko”)
Xuanfran (“Atletiko”)
Leon Qoretzka (“Şalke”)
Maks Meyer (“Şalke”)
Kvadvo Asamoa (“Yuventus”)
Corcio Kyellini (“Yuventus”)
Fernandinyo (“Mançester Siti”)
Yaya Ture (“Mançester Siti”)
Əmrə Can (“Liverpul”)
Faozi Qulam (“Napoli”)
Yohan Kabay (“Kristal Pelas”)
Bernard (“Şaxtyor”, Donetsk)
Joao Moutinyo (“Monako”)
Mario Balotelli (“Nitsa”)
Oğuzhan Özyakup (“Beşiktaş”)
Karlos Vela (“Real Sosyedad”)
Hatem Ben Arfa (PSJ)
Miranda (“İnter”)
Yasin Öztəkin (“Qalatasaray”)
Andre Pyerr Jinyak (“Tiqre”)
Neven Subotiç (“Borussiya”, Dortmund)
Lukas Lima (“Santos” – müqavilə müddəti yanvarda bitir)