Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyer zədədən sonra məşqlərə başlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli qolkiper son 6 ayda ilk dəfə toplu çalışmalarda iştirak edib.
Bir müddət fərdi hazırlıqla bərpa prosesi keçən 32 yaşlı əlcək sahibi yarım ildə ilk dəfə top qaytarmağa başlayıb.
Xatırladaq ki, bir il öncə Çempionlar Liqasının 1/4 finalının “Real”la cavab oyununda zədələnən Noyer yaşıl meydanlara dönsə də, sentyabrda xəsarətini yeniləyib. Buna baxmayaraq, millinin baş məşqçisi Yoahim Löv DÇ-2018-də 2017-ci ilin ən yaxşı qapıçısı seçilən Manuelə güvənə biləcəyinə əminliyini itirmir.