[b]Sonuncudan əvvəlki[/b]
21.05.2015 - 10:00
[b]Sonuncudan əvvəlki[/b]

Sabah Topaz Premyer Liqasında XXXV turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, mövsümün sonuncudan əvvəlki turunun qarşılaşmaları eyni gündə baş tutacaq.

 

3 oyunu paytaxtda keçiriləcək günün mərkəzi oyununda matçında “İnter”lə “Qarabağ” üz-üzə gələcək. Ardıcıl 2-ci çempionluğunu ötən tur təmin edən Ağdam təmsilçisi üçün gümüş medala yiyələnən “İnter”lə qarşılaşma formal, eyni zamanda prinsipial xarakter kəsb edir. Çünki Qurban Qurbanovun yetirmələri cari mövsümdə paytaxt təmsilçisinə qalib gələ bilməyib. Həm də son turda meydana çıxmayacaq çempion mövsümü qələbəylə başa vurmaq arzusundadı. 3 qolsuz heç-heçənin qeydə alındığı duellərdə üstünlüyü ələ almaq üçün “İnter” də bütün gücünü sərf edəcək. Kaxaber Sxadadzenin yetirmələri 18 oyundu məğlub edə bilmədiyi rəqiblə matçlardakı sindromu qırmağa çalışacaq.

 

Sabah sonuncu – 3-cü mükafatçının da adına aydınlıq gələ bilər. “Bürünc”ə daha yaxın olan “Qəbələ” turu buraxsa da, əyalət təmsilçisinin ən yaxın izləyicisi “Neftçi”nin məğlubiyyəti bakılıların “üçlük” arzusunun üstündən xətt çəkə bilər. Düzdü, “ağ-qaralar”ın cari mövsümdə xal vermədiyi “Bakı”ya yenilməsi inandırıcı görünmür. Çünki autsayderin Premyer Liqanı tərk etməsi rəsmiləşdiyindən, “zolaqlılar” üçün də görüşün əhəmiyyəti qalmayıb.

 

Turun digər iki oyununda turnir cədvəlinin ikinci “dördlüy”ündə qərarlaşan komandalar üz-üzə gələcək. 5-ci yerə iddialılar AZAL və “Simurq” paytaxtda qarşılaşacaq. Əyalət təmsilçisi 1 xal qazansa, “təyyarəçilər” üçün əlçatmaz olacaq. Bakılılar isə 5-ci olmaq üçün qalib gəlməli və son turda rəqibindən daha yaxşı çıxış etməlidi. Tərlan Əhmədovun yetirmələri mövsümdə ilk dəfə zaqatalalıları məğlub edib, şəxsi oyunlardakı uğursuz seriyanı da qırmalıdı.

 

Sumqayıtda baş tutacaq qarşılaşmada isə eyniadlı komanda “Xəzər Lənkəran”ı qəbul edəcək. İlk “altılıq” şanslarını qoruyan cənublular səfər sindromunu qırmaq əzmindədi. Rəqib meydanındakı son 7 görüşdə xal qazana bilməyən Lənkəran təmsilçisi ən yazın izləyicisi ilə qarşılaşmada 3 xal iddiasındadı. Ardıcıl 3 məğlubiyyət alan sumqayıtlılar isə xal itirsə, 8-ci pilləni rəsmiləşdirəcək.

 

Qeyd edək ki, Premyer Liqanın son turu mayın 28-də keçiriləcək.

 

XXXV tur

22 may (cümə)

 

18:00. “Sumqayıt” – “Xəzər Lənkəran”

İlk 3 dövrədəki oyunlar: 1:0, 1:2, 2:3

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, İsgəndər Əliyev, Elvin Əsgərov 
“Kapital Bank Arena”

 

18:00. “Bakı” – “Neftçi”
İlk 3 dövrədəki oyunlar:
0:1, 1:3, 0:2

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Munis Abdullayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

19:00. AZAL – “Simurq”
İlk 3 dövrədəki oyunlar:
0:2, 2:2, 0:1

Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Coşqun Həsənov, Ramil Əhmədov 
“AZAL Arena”

 

20:00. “İnter” – “Qarabağ”
İlk 3 dövrədəki oyunlar:
0:0, 0:0, 0:0

Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Yaşar Abbasov, Əliyar Ağayev 
“İnter Arena”

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

31

20

8

3

50-26

68

2

İnter

30

16

12

2

52-16

60

3

Qəbələ

31

14

9

8

43-35

51

4

Neftçi

 30

 13

 8

9

37-32

47

5

Simurq  

30

11

5

14

41-34

38

6

AZAL 

30

9

8

13

31-41

35

7

Xəzər L 

30

8

7

15

35-44

31

8

Sumqayıt

30

5

10

15

27-42

25

9

Bakı

30

3

7

20

19-65

16

 

Bombardir: Nurlan Novruzov (“Bakı”) – 15, Draqan Çeran ("Simurq") - 14