[b]"Neftçi", "İnter" və "Qarabağ"dan qələbə, "Zirə" xal itirdi - YENİLƏNİB[/b]
11.05.2016 - 20:54
[b]"Neftçi", "İnter" və "Qarabağ"dan qələbə, "Zirə" xal itirdi - YENİLƏNİB[/b]

Topaz Premyer Liqasında XXXIV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutub.

 

İlk matç Şüvəlanda olub. AZAL öz meydanında “Zirə”ni qəbul edib. Matçda qalib müəyyənləşməyib. Tərəflər hərəyə bir dəfə fərqlənərək, yekunda bir xala razılaşıblar.

 

"Neftçi" isə Gəncə səfərindən 3 xalla dönüb. Vəli Qasımovun yetirmələri "Kəpəz" qarşısında 2:1 hesablı qələbəyə seviniblər.

 

Bakıda keçirilən oyunda “İnter” ardıcıl 10 matçdı xal üzünə həsrət qalan “Xəzər Lənkəran”ın seriyasını ən az bir oyun da uzadıb. Zaur Svanadzenin yetirmələri 2 qol vurduqları qarşılaşmada 1 qola üzülsələr də, yekunda qalbi gələn tərəf olublar.

 

Çempionatın autsayderi “Rəvan” isə "Sumqayıt"la oyunda hesabı açsa da, sonradan "kimyaçılar" onları buna peşan ediblər. 3 qol vuran Samir Abasovun "drujina"sı əzmkar qələbə ilə xal ehtiyatını artırıb. 

 

Həftənin mərkəzi oyunu isə Masazırda keçirilib. Artıq çempinluğu təmin etmiş “Qarabağ” “Qəbələ”ni məğlub edib. Ardıcıl 11-ci qələbəsini qazanan ağdamlılar 2 cavabsız qola seviniblər. Bununla həm də klub tarixinin qələbə seriyası rekordu yenilənib. 

 

Topaz Premyer Liqası

XXXIV tur

11 may (çərşənbə)

 

“Sumqayıt” – “Rəvan” - 3:1

Qollar: Amil Yunanov, 64, Pərdis Fərcad-Azad, 71, 82 - Yasin Həmid, 8

Hakimlər: Rəvan Həmzəzadə, Azər Əsgərov, İsgəndər Əliyev, Fərid Məmmədov

AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər sradionu

“Sumqayıt”: 94. Tərlan Əhmədli, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 14. Bəxtiyar Həsənalızadə, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 29. Amil Yunanov, 70. Vaqif Cavadov, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 6. Mikayıl Rəhimov, 7. Pərdis Fərcad-Azad, 9. Əli Əlimərdanlı, 18. Aleksandr Çertoqanov, 27. İsmayıl Babayev, 55. Ağabala Ramazanov
Baş məşqçi: Samir Abasov

 

“Rəvan”: 1. Rəşad Əzizli, 3. Saşa Yunisoğlu, 17. Ramazan Abbasov (k), 2. Ruslan Tağızadə, 21. Novruz Məmmədov, 29. Əziz Quliyev, 15. Ceyhun Abdullayev, 4. Kənan Müslümov, 86. Yasin Həmid, 5. Mirkamil Haşımlı, 8. Məmməd Quliyev
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 16. Orxan Lalayev, 11. Elnur Abdulov, 19. Hüseyn Axundov, 39. Əlibəy Məmmədli, 28. Xanlar Teymurov, 98. Ülvi Kələşov 
Baş məşqçi: Bəhmən Həsənov

 

 

“Qarabağ” – “Qəbələ” - 2:0

Qol: Dani Kintana, 16, 32

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
“Əlincə Arena”

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Dani, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 67. Əl Hərbi Əl Jadeyui, 99. Muarem Muarem
Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 7. Ermin Zets, 8. Məhəmməd Mirzəbəyov, 11. Asif Məmmədov, 19. Aleksey Qay (k), 25. Qismət Alıyev, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov, 87. Ruslan Abışov
Ehtiyat oyunçular: 33. David Petrzkeviç, 5. Pavel Paşayev, 13. Murad Musayev, 18. Vadim Abdullayev, 21. Arif Daşdəmirov, 32. Rəşad Eyubov, 97. Roman Hüseynov 
Baş məşqçi: Roman Qriqorçuk

 


 

“İnter” – “Xəzər Lənkəran” 2:1

Qollar: Rauf Əliyev, 14; Yuri Fomenko, 27 - Vaquf Güləliyev, 47
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Ziya Nəsirov 
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Xaqani Məmmədov
“İnter Arena”
“İnter”: 79. Giorgi Lomaya (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Laşa Kasradze, 7. Nika Kvekveskiri, 11. Rauf Əliyev, 12. Ruslan Əmircanov, 20. Yuri Fomenko, 23. Sezar Meza Kolli, 24. Fuad Bayramov, 77. Mirsahib Abbasov
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 6. Laşa Salukvadze, 8. Nizami Hacıyev, 17. Vüqar Nadirov, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 33. Aqşin Quluzadə
Baş məşqçi: Zaur Svanadze

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 15. Nodar Məmmədov, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k), 32. Zaman Mirzəzadə, 35. Elfad Baləhmədov
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 41. Hüseyn Xəlilzadə, 45. Heydər Babayev, 99. Mahsun Qəmbərli, 86. Xaqani Sadıqov
Baş məşqçi: Ağadadaş Həmidov 

 

 

 

AZAL – “Zirə” - 1:1

Qollar: Nuqzar Kvirtiya, 68 - Viktor İqbekoyi, 86
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
AZAL Arena
AZAL: 16. Stanislav Namaşko, 2. Rail Məlikov (k), 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev, 4. Qvanzav Maqomedov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 10. Nuqzar Kvirtiya, 21. Murad Səttarlı, 77. Adan Koronado, 9. Aydın Qasımov
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 11. Ruslan Nəsirli, 63. Seyidrəzi Ağayev, 27. Aleksandr Quruli, 88. Mirzağa Hüseynpur, 5. Kamil Hüseynov
Baş məşqçi: Tərlan Əhmədov

“Zirə”: 1. Anar Nəzirov, 5. Adil Nağıyev, 37. Yovan Krneta, 14. Tellur Mütəllimov, 13. Aleksandr Şemonayev (k), 11. Viktor İqbekoyi, 6. Vüqar Mustafayev, 90. Vüsal İsgəndərli, 60. Elvin Məmmədov, 19. Nurlan Novruzov, 9. Nelson Bonilla

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 39. Sadiq Quliyev, 2. Çimezi Mbah, 28. Təmkin Xəlilzadə, 10. İqor İvanoviç, 17. Nicat Qurbanov, 96. Elgün Nəbiyev

Baş məşqçi: Adil Şükürov

 

 


“Kəpəz” – “Neftçi” - 1:2

Qollar: Julien Ebah, 4 - Antonio Quinta, 49, Ruslan Qurbanov, 80-p.
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Rövşən Əhmədov
Gəncə şəhər stadionu

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 8. Budaq Nəsirov, 19. Orxan Əliyev, 7. Junior Osvaldo, 9. Namiq Ələsgərov, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 4. Elvin Cəbrayılov, 21. Xəzər Qəribov, 27. Bəxtiyar Soltanov, 23. Tural Nərimanov, 80. Tural Rzayev
Baş məşqçi: Şahin Diniyev

“Neftçi”: 53. Maksim Vaylo, 3. Jairo Filyo Rodriges, 4. Rahil Məmmədov, 6. Aylton Silva, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Antonio Quinta, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 10. Cavid İmamverdiyev, 11. Ruslan Qurbanov, 14. Məhəmməd Qurbanov, 26. Kamal Qurbanov, 33. Orxan Bəşirov, 61. Təyyar Məmmədov
Baş məşqçi: Vəli Qasımov

 

 

1

Qarabağ

34

25

6

3

62-19

81

2

Zirə

34

17

10

7

40-28

61

3

İnter

34

14

11

9

36-24

56

4

Kəpəz

34

15

10

9

46-37

55

5

Qəbələ

34

14

11

9

41-28

53

6

AZAL

34

13

7

14

26-33

46

7

Neftçi

34

12

10

12

36-37

46

8

Sumqayıt

34

7

12

15

37-47

33

9

Xəzər Lənkəran

34

3

5

26

13-47

14

10

Rəvan

34

4

8

22

23-60

14

* - “Rəvan”ın hesabından 6 xal silinib.

 

Bombardirlər: Nelson Bonilla (“Zirə”), Dani Kintana ("Qarabağ") - 14 qol

0