“Liverpul”un kapitanı Stiven Cerard “Enfild Road”da çıxacağı son oyundan əvvəl mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, karyerası, klubu və keçmişi barəsində bəzi açıqlamalar verən futbolçu azarkeşlərdən ayrılarkən maksimum dərəcədə soyuqanlı olmağa çalışacağını bildirib.
Brendan Rocersin çalışdığı ən yaxşı məşqçilərdən biri olduğunu deyən kapitan, gənc futbolçu Rahim Sterlinqə də müqaviləsini artırmaq məsləhəti verib:
“Mən qürur duyuram ki, belə bir komandanın bir parçası olmuşam. Azarkeşlərimiz qarşısında çıxış etdiyim hər dəqiqə mənim üçün əzizdir. Təəssüflənəsi bircə məqam var ki, heç vaxt İngiltərə çempionu ola bilmədim. Azarkeşlərdən ayrılmaq olduqca çətin olacaq, ancaq çalışacam ki, maksimum dərəcədə soyuqqanlı olum. Ən çox qorxduğum an başıma gəlmək üzrədir”.