Stiven Cerard Oueni geridə qoydu
10.05.2015 - 21:08
“Liverpul”un kapitanı Stiven Cerard “Çelsi” ilə oyunda hesabı bərabərləşdirməklə, ümumilikdə Premyer Liqa çərçivəsində 119-cu qolunu vurub. Apasport.az saytının məlumatına görə, bu göstərici ilə aktivində 118 qol olan Maykl Oueni geridə qoyan Cerard Premyer Liqada vurduğu qollara görə “Liverpul”un ən yaxşı ikinci bombardiri olub.
Birinci yer isə 128 qolla Robbi Faulerə məxsusdur.
Xatırladaq ki, 34 yaşlı yarımmüdafiəçi mövsümün sonunda “Liverpul”u tərk edib ABŞ-ın “Los Anceles Qalaksi” klubuna üz tutacaq.
0
0