[b]Stiven Cerrard baş məşqçi oldu[/b]
04.05.2018 - 12:45
“Liverpul”un əfsanəvi kapitanı Stiven Cerrard baş məşqçi kimi fəaliyyətə başlayır. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, 37 yaşlı mütəxəssisin yeni komandası bəlli olub.
Belə ki, İngiltərə yığmasının sabiq üzvü “Reyncers” klubu ilə ortaq məxrəcə gəlib. O, Şotlandiya təmsilçisi ilə 3 illik müqaviləyə qol çəkib. Cerrardın yeni işində əsas köməkçisi “Liverpul”dan keçmiş komanda yoldaşı Qari Makallister olacaq.
Qeyd edək ki, Stiven Cerrard futbolçu karyerasını bitirdikdən sonra qısa müddət “Liverpul”un akademiyasında çalışıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0